Reklam verin!
Yuma Ailə Jurnalı

www.liberty.azeriblog.com

Xoş Gəlmisiniz!!

Yenilik!.. SEVGİNİZİ TEST EDİN... Sehifenin en alt hissesində oz adınızla sevdiyinizin adını yazıb sevginizi olchun... ((((((Bu sizin sevginizin boyüklüyünə şübhə salmasın))))) ÜRƏYİMİN SƏSİ

ShahmarDekabr 23, 2007 3:12

sevgi

Nəhayət yetişdi gözlədiyim an,

Heç özüm bilmədim nə zaman gəldi.

Neçə müddət səni görə bilmirdim,

Bu günüm bir röya, yoxsa gerçəkdi. 

   

Davamı...
ShahmarDekabr 22, 2007 0:28

sevgi şer 

Çoxdandır mən sənə həsrət qalmışdım,

Nəhayət bir kərə çıxdın qarşıma.

O, gördüyüm sanki başqa birisi,

O, candan bildiyim, o, eşq dəlisi,

Heyrət dolu baxır mənim halıma...

Sevgini sən mənə nifrət edirsən,

De niyə, bu qədər dəyişilirsən?! 

  

Davamı...
ShahmarDekabr 22, 2007 0:09

Nakam məhəbbətin rüzgarı əsdi

Düşən o yarpaq səndən deyildi.

Nağıl tək bitirdin necə sevgini

Başımda qar papaq səndən deyildi. 

   

Davamı...
ShahmarDekabr 21, 2007 0:57

 

Bu gün bayram, bayram keçirir hər kəs,

Çoxuçün yeni il yeni bir nəfəs...

Nəfəsim kəsilib, bir daha sən kəs

Arxamca gözündə bir kəs yaş dolsun,

Sənin də bayramın mübarək olsun!..

  

Davamı...
ShahmarDekabr 19, 2007 0:37

Düşmüşəm eşq oduna

Yanıram atəşində

Aşiqəm gül qoxuna

Məhəbbət cənnətində. 

  

Davamı...
ShahmarDekabr 18, 2007 0:55
aşk resimleri Şahmar Bayramlı

 

İnsanı güldürüb sonra ağladan

O, zalım, vəfasız, hardasan indi?

Bir ümid işığı göstərib gedən,

Qalmışam sədasız, hardasan indi?

    

Davamı...
ShahmarDekabr 16, 2007 1:20

 

Sən ömrümdən ötüb keçən neçə xəyal, duyğuların

Canlandığı bir kitabın vərəqlənən son səhifəsi.

Sən qəlbimə məskən salıb indi isə ötüb keçən

Sevgi dolu xatirələr yaşadığım son dəqiqəsi. 

Davamı...
ShahmarDekabr 11, 2007 22:58

Bir gün gələcək görüşəcəyik...

Sən məni tanımayacaqsan.

Qocalmış olacağam bu cavan yaşımda

Sən həsrətinlə qocaltdığına inanmayacaqsan.

Sən məni tanımayacaqsan! 

  

Davamı...
ShahmarDekabr 9, 2007 1:13

shahmar bayramli

Yadındamı ilk baxışım gözlərini gizlətmişdin

Yadındamı ilk göz yaşım nəfəsini titrərtmişdin

Yadındamı ilk ayrılıq bu həsrətə dözməmişdin

Sevirəm deyərkən necə unutdun məni? 

  

 

Davamı...
ShahmarDekabr 5, 2007 22:33

Bir məsum uşaqkən aşiq olmuşdum sənə,

Ürəyimdə ilk kəs sevgi üçün açdığım səhifənin əbədi sahibinə çevrilmişdin.

O səhifə ilə birlikdə qəlbimi də məndən almısan.

   

Davamı...
« Əvvəlki səhifə   Şerlərin və yazılar cəmi: 50    Sonrakı səhifə »
Çoxdandır mən sənə həsrət qalmışdım,

Nəhayət bir kərə çıxdın qarşıma.

O, gördüyüm sanki başqa birisi,

O, candan bildiyim, o, eşq dəlisi,

Heyrət dolu baxır mənim halıma...

Sevgini sən mənə nifrət edirsən,

De niyə, bu qədər dəyişilirsən?!


Çoxdandır gözünə həsrət qalmışam,

O gözlə baxirsan yorğun canıma.

Sevgi dolu məndən qalmayıb əsər,

Baxışın qolumda damarı kəsər...

Həsrət dolu külləri töküb yanıma,

Yanğını yenidən vurub gedirsən,

De niyə, bu qədər dəyişilirsən?!


Qızılı, o parlaq, günəş tellərin

Gözəllik adıyla nə hala düşmüş?

Bir uşaq kimi ürkək gördüyüm,

Məsum halıyla onu sevdiyim,

Tanınmayacaq qədər necə böyümüş?

İlləri illərə qatıb gedirsən,

De niyə, bu qədər dəyişilirsən?!


İndi günahkarı bunca olanın

Mən idim, yoxsa ki, sən idin, gülüm?!

Keçən illərin baharlarından,

Ətirli, o gözəl baxçalarından

Çiçəklər dərib qarşına töküm.

Xeyri yox, yenədə söyüş deyirsən,

De niyə, bu qədər dəyişilirsən?!

ŞAHMAR BAYRAMLI