
Bir gün gələcək görüşəcəyik...
Sən məni tanımayacaqsan.
Qocalmış olacağam bu cavan yaşımda
Sən həsrətinlə qocaltdığına inanmayacaqsan.
Sən məni tanımayacaqsan!
Gözlərimiz bircə anlıq qovuşacaq.
O baxışları xatırlayacaqsan,
Xatirələrində məni canlandıracaqsan.
Ayıldığında yenə də
Sən məni tanımayacaqsan!
Məni gördüyündə yenə mən olacağam
Yenə ürəyim ilk görüşümüzdəki kimi atacaq,
Səni əvvəlkindən də çox sevdiyimi anlayacaqsan.
Bu qədər ayrılığa bu sevgini dəlilik sanacaqsan
Sən məni tanımayacaqsan!
Bir gün ölsəm sənə görə öləcəyəm,
Ancaq məni anlamayacaqsan.
Sən məni tanımayacaqsan...
11.12.2007
