
Sən getdin gözlərimin nuru da getdi...
Bir kiçik işığa həsrət qalmışam indi.
Nə günəş doğur dünyama, nə də bir zərrə şam işığı aydınlatır otağımı.
Sənsizlik qədər qaranlıqdayam,
Ölüm qədər soyuq cismim içimi isitən baxışına həsrət.
O təbəssümündəki yaşama həvəsi səninlə birgə getdi.
Sən getdin bahar da sənlə getdi....
Neçə illəri qovdum, nə baharı gördüm, nə də səni.
Çıxıb gedəcəkdinsə niyə girdin həyatıma?
Niyə məni özünə aşiq etdin?
Sevgin ilə atan qəlbi sənə həsrət qoyub getdin.
Oysa söz vermişdik, ayrılığın nə olduğunu bilməyəcəkdik,
Həsrət nəğmələrini dinləməyəcəkdik.
İndi əllərim əllərinin istisinə həsrət qalıb,
Məni atıb getdiyin gün bir rəsim tək gözlərimdə.
Hayqırıram indi sənə...
Son bir kərə, son bir kərə geri dönüb bax gözlərimə.
Sevmirsənsə gözlərinlə söylə mənə,
Necə ki, sevdiyini söyləmişdin gözlərinlə.
03.12.2007
