
Sənsiz sevgi mahnıları bitirir məni.
Sənsiz ömrümdən nə qaldı, nə yaşanacaq?
Arzu, ümidlər, acılar daha da nələr
Qəlbim sevgidən kasıbdır, yoxsul qalacaq.
Ey sevgi mələyim, ey canımın cananı,
Bu qəlb yaşarmı, söylə yaşarmı sənsiz?
Göz yaşlarım axır damcı-damcı yanaqdan,
Kişilər ağlarmı, üzüm gülməz heç sənsiz.
Bu bir başqa səhər, bu gözlər səni gözlər,
Bu ürəyim yanar, gələr həsrətin səsi.
Bir günəş doğacaq, işıqlanacaq otaq,
Anlayacam qəlbim duymur sənli nəfəsi.
24.02.2007
