Reklam verin!

www.liberty.azeriblog.com

Xoş Gəlmisiniz!!

Yenilik!.. SEVGİNİZİ TEST EDİN... Sehifenin en alt hissesində oz adınızla sevdiyinizin adını yazıb sevginizi olchun... ((((((Bu sizin sevginizin boyüklüyünə şübhə salmasın))))) ÜRƏYİMİN SƏSİ

Shahmarİyul 11, 2008 0:47

Dünyaya gələndə körpə deyildim

Bir ömür xəzanı tanıdım səni

Ötən illərimdə yaşamamışdım

Ürəyim atanı tanıdım səni.

Davamı...
ShahmarYanvar 21, 2008 18:17

 

Mən bilməzdim, bir gün səni göz yaşında axtararam,

Görən gözlərim görməz oldu səndən başqa bir kimsəni.

Mən bilməzdim, kor olmağı...

Xəyalını canlandırıb kor etdin bu eşq qəribini... 

  

Mən bilməzdim, acı nədir,

Sevda nədir, həsrət nədir?!

Sən də bir gün biləcəksən,

Mənim kimi sevəcəksən,

Sən də acı çəkəcəksən... 

Davamı...
ShahmarYanvar 14, 2008 0:58

Mən sevgi nəğmələrinin bəstəkarı,

Sən isə onların qəhrəmanı,

Bütöv bir ömrümə yazdım misralarını...

Böyütdün gözlərində bu kiçik qəlbimi,

Bu sakit insanın səsini,

Titrək hər kəlməsini

İndi duyur bütün aləm.

Sənsiz qısa gündüzüm,

Sənsiz uzun hər gecəm.

Davamı...
ShahmarYanvar 5, 2008 1:34

 

Həyat vəfasız çıxdı, sevənləri yarsız qoydu...

Günəşi ömrümə doğdurub qarşısına bulud oldu.

Bir səhər pəncərəmə yönəldim, daş divardan pərdə gördüm

Elə o an yalnızlığa məhkum oldum.

Soldum bir bənövşə tək

Yıxıldım, tutanım olmadı əllərimdən,

Gecələrimdən, səhərlərimdən çıxıb gedən səndin, yoxsa səni aldılar məndən?!

Sənin üçün bu ölən, sənin ilə hər an gülən,

Davamı...
ShahmarYanvar 3, 2008 2:32

kohne il 

Yenə də bayramdır, bayram keçirir hər kəs

Çoxuçun yenə də yeni bir nəfəs

Nəfəsim kəsildi səndin kəsən kəs

Arxamca üzündə bir gülüş doğdu

Mənim də bayramın mübarək oldu!.. 

 

Davamı...
ShahmarDekabr 30, 2007 0:35

acı mehebbet 

Bir payız səhəri ansız tökülən

Xəzan yarpağıdır, acı məhəbbət!

Hər anı gizlətmək istəyəcəyin

Gözünün yaşıdır, acı məhəbbət!.. 

  

Davamı...
ShahmarDekabr 25, 2007 1:10

Şahmar Bayramlı

Mən nə rəssamam nə də şair. Bəstələdiyim mahnılar da var, amma mən bəstəkar da deyiləm. Bütün bunların təhsilini aldığım üçün yaratmamışam, yaratdığım üçün təhsilini almışam. Mən həyatla bu cür danışıram, bu cür yaşama həvəsi alıram. Mənim yaradıcılığımla tanış olan hər bir kəsə təşəkkür edirəm. Hörmətlə: Şahmar Bayramlı

Şəkillərin davamı...

Davamı...
ShahmarDekabr 23, 2007 3:33

sevgi aşk

 

Sevgilim, mən sənə məktub yazıram

  

Bilirəm yenə də verənməyəcəm.

  

Bu tale ömürdə ölüm olarsa

  

Sevgin ürəyimdə gedənməyəcəm. 

   

Davamı...
ShahmarDekabr 23, 2007 3:12

sevgi

Nəhayət yetişdi gözlədiyim an,

Heç özüm bilmədim nə zaman gəldi.

Neçə müddət səni görə bilmirdim,

Bu günüm bir röya, yoxsa gerçəkdi. 

   

Davamı...
ShahmarDekabr 22, 2007 0:28

sevgi şer 

Çoxdandır mən sənə həsrət qalmışdım,

Nəhayət bir kərə çıxdın qarşıma.

O, gördüyüm sanki başqa birisi,

O, candan bildiyim, o, eşq dəlisi,

Heyrət dolu baxır mənim halıma...

Sevgini sən mənə nifrət edirsən,

De niyə, bu qədər dəyişilirsən?! 

  

Davamı...
  Şerlərin və yazılar cəmi: 48    Sonrakı səhifə »
Çoxdandır mən sənə həsrət qalmışdım,

Nəhayət bir kərə çıxdın qarşıma.

O, gördüyüm sanki başqa birisi,

O, candan bildiyim, o, eşq dəlisi,

Heyrət dolu baxır mənim halıma...

Sevgini sən mənə nifrət edirsən,

De niyə, bu qədər dəyişilirsən?!


Çoxdandır gözünə həsrət qalmışam,

O gözlə baxirsan yorğun canıma.

Sevgi dolu məndən qalmayıb əsər,

Baxışın qolumda damarı kəsər...

Həsrət dolu külləri töküb yanıma,

Yanğını yenidən vurub gedirsən,

De niyə, bu qədər dəyişilirsən?!


Qızılı, o parlaq, günəş tellərin

Gözəllik adıyla nə hala düşmüş?

Bir uşaq kimi ürkək gördüyüm,

Məsum halıyla onu sevdiyim,

Tanınmayacaq qədər necə böyümüş?

İlləri illərə qatıb gedirsən,

De niyə, bu qədər dəyişilirsən?!


İndi günahkarı bunca olanın

Mən idim, yoxsa ki, sən idin, gülüm?!

Keçən illərin baharlarından,

Ətirli, o gözəl baxçalarından

Çiçəklər dərib qarşına töküm.

Xeyri yox, yenədə söyüş deyirsən,

De niyə, bu qədər dəyişilirsən?!

ŞAHMAR BAYRAMLI